Topaz Premyer Liqası: Hakimlər Komitəsindən prinsipial təyinatlar
17 oktyabr 2012 18:17 (UTC +04:00)

Topaz Premyer Liqası: Hakimlər Komitəsindən prinsipial təyinatlar

Futbol üzrə Topaz Premyer Liqasında IX turun oyunlarına hakim təyinatları açıqlanıb. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, VII turda “Xəzər Lənkəran”ın 2 futbolçusunu Tovuzda meydandan qovmuş referi Rəhim Həsənov yenidən “Turan”ın oyununu idarə edəcək.

Həsənov bu dəfə Qərb komandasının AZAL-la ev oyununun baş hakimi təyin olunub. Hakimlər Komitəsinin daha bir prinsipial addımı Rauf Cabbarovun heç də sevilmədiyi “Xəzər Lənkəran”ın “Qəbələ” ilə ev oyununa göndərilməsidir. Əvəzində FİFA referilərindən yalnız Anar Salmanov baş hakim qismində oyun idarə edəcək. O, “qardaş klublar” “İnter”lə “Simurq” arasındakı görüşdə fit çalacaq.

19 oktyabr (cümə)

16:00. “Neftçi” (Bakı) – “Kəpəz” (Gəncə)
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Ramiz Əsədov, Teymur Fərhadov
Bakı, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

20 oktyabr (şənbə)

16:00. “Turan” (Tovuz) – AZAL (Bakı)
Hakimlər: Rəhim Həsənov, Knyaz Əmiraslanov, Elşən Acalov, Feyzulla Feyzullayev
Tovuz şəhər stadionu

16:00. “Qarabağ” (Ağdam) – “Bakı”
Hakimlər: Əliyar Ağayev, Elman Musayev, Rza Məmmədov, Ramil Əhmədov
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

18:00. “İnter” (Bakı) – “Simurq” (Zaqatala)
Hakimlər: Anar Salmanov, Zeynal Zeynalov, Vaqif Musayev, Ramiz Məhərrəmov
Bakı, “Şəfa” stadionu

21 oktyabr (bazar)

16:00. “Sumqayıt” – “Rəvan” (Bakı)
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Namiq Hüseynov, Tahir Əhmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

17:15. “Xəzər Lənkəran” – “Qəbələ”
Hakimlər: Rauf Cabbarov, İlham Əliyev, Azər Əsgərov, Fariz Yusifov
Lənkəran şəhər mərkəzi stadionu.
# 669

Oxşar yazılar