Aleksin yeni komandası məlum oldu
17 oktyabr 2012 15:14 (UTC +04:00)

Aleksin yeni komandası məlum oldu

Türkiyənin “Fənərbağça” klubundan ayrılan braziliyalı futbolçu Aleks de Souzanın yeni komandası müəyyənləşib. Lent.az-ın “Globo”ya istinadən verdiyi məlumata görə, 35 yaşlı hücumameylli yarımmüdafiəçi Braziliya “Koritiba”sı ilə razılığa gəlib.

Klub rəsmiləri ilə görüşündə Aleks ona təklif olunan müqavilə şərtlərinə razılaşıb. O, iki illik anlaşmaya qol çəkəcək. Bu barədə rəsmi açıqlama oktyabrın 20-də veriləcək.

Qeyd edək ki, Aleks de Souza futbolçu karyerasına 1995-ci ildə məhz “Koritiba”da başlayıb. O, “Fənərbağça”ya 2004-cü ildə transfer olub.
# 1421

Oxşar yazılar