Ardanın nişan tarixi açıqlandı
16 oktyabr 2012 11:30 (UTC +04:00)

Ardanın nişan tarixi açıqlandı

Türkiyə milli komandasının futbolçusu Arda Turanla aktrisa Sinem Kobal Qurban bayramından sonra nişanlanacaqlar. Lent.az-ın məlumatına görə, artıq Kobal gələcək qaynanası Yüksel xanımla birgə nişan bazarlığı edib.

Onlar Ardanın dayısının İstanbuldakı Çapa məhəlləsində yerləşən zərgər mağazasından 180 min lirəlik zinət əşyaları alıblar. Zinət əşyaları sırasında 70 min lirəlik boyunbağı göz qamaşdırıb. Futbolçunun özü isə İspaniya “Atletiko”sunda və yığmadakı gərgin qrafiki ilə əlaqədar bazarlığa qatıla bilməyib. Gələcək gəlin-qaynana isə xeyli mehriban görünüblər.

Qeyd edək ki, Arda Turanla Sinem Kobal 3 ildir birgədirlər. Futbolçu zədə səbəbindən oktyabrın 16-da Macarıstanla 2016-cı il dünya çempionatının seçmə qrup matçını buraxacaq.
# 1139

Oxşar yazılar