Massimo Moratti “Neftçi” ilə oyuna biznes qurmağa gəlir
03 oktyabr 2012 11:57 (UTC +04:00)

Massimo Moratti “Neftçi” ilə oyuna biznes qurmağa gəlir

Lent.az-ın “Leggo” qəzetinə istinadən verdiyi məlumata görə, Morattinin səfəri təkcə “Neftçi”yə qarşı oktyabrın 4-də keçirəcəkləri Avropa Liqasının oyunu ilə bağlı deyil.

İtaliyanın nəhəng neft maqnatı Azərbaycan paytaxtında biznes fəaliyyəti imkanlarını da araşdıracaq. Onun fikrincə, keçmiş SSRİ respublikasında neftlə əlaqədar bir sıra biznes sahələri mövcuddur. Bu isə Morattinin yeni sərmayələr qoymağa sövq edə bilər.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Neftçi” – “İnter” matçı saat 21:00-da başlanacaq.

Elşən MƏMMƏDOV
# 1568

Oxşar yazılar