Skolari yeni vəzifədə
26 sentyabr 2012 12:05 (UTC +04:00)

Skolari yeni vəzifədə

Bu yaxınlarda Braziliyanın “Palmeyras” futbol komandasının baş məşqçi postundan kənarlaşdırılmış Luis Felipe Skolari özünə yeni iş yeri tapıb. Lent.az-ın məlumatına görə, 64 yaşlı mütəxəssis Braziliya Futbol Konfederasiyasında məsləhətçi vəzifəsinə təyin olunub.

Skolari uşaq futbolunun inkişafı məsələlərini kurasiya edəcək. Onu bu vəzifəyə şəxsən ölkənin idman naziri Alvaro Rebelo təyin edib: “Futbolumuzda dünya çempionu işləyəcək. Bu, böyük şərəfdir. Biz artıq 2014-cü il dünya çempionatı keçirmək hüququna yiyələnmişik. Lakin bununla kifayətlənmək olmaz. Gələcək barədə düşünmək, uşaqları qiymətləndirmək lazımdır. Çünki onlar hazırkı futbolçu nəslini əvəzləyəcəklər”.

Qeyd edək ki, Luis Felipe Skolari 2002-ci ildə baş məşqçi qismində Braziliya millisinə dünya çempionluğu bəxş edib. Bu çempionluq sayca 5-ci olsa da, sonrakı mundiallarda yenilənməyib.
# 914

Oxşar yazılar