Topaz Premyer Liqası: Daha bir paytaxt derbisi Sumqayıtda
25 sentyabr 2012 18:17 (UTC +04:00)

Topaz Premyer Liqası: Daha bir paytaxt derbisi Sumqayıtda

Futbol üzrə Topaz Premyer Liqasında VII tur matçlarının başlama saatı və keçiriləcəyi stadionlar açıqlanıb. Lent.az-ın məlumatına görə, qarşıdakı tura sentyabrın 28-də “İnter” – “Neftçi” matçı ilə start veriləcək.

Paytaxt derbisi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda olacaq. Ötən tur Bakının AZAL və “İnter” komandaları da eyni arenada üz-üzə gəlmişdilər. Sumqayıtda daha bir oyun sentyabrın 30-da eyniadlı komanda ilə “Bakı” arasında keçiriləcək. Tura isə həmin gün “Bayıl Arena”da saat 20:00-da başlanacaq “Rəvan” – “Kəpəz” matçı ilə yekun vurulacaq.

28 sentyabr (cümə)
16:00. “İnter” (Bakı) – “Neftçi” (Bakı)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

29 sentyabr (şənbə)

16:00. “Turan” (Tovuz) – “Xəzər Lənkəran”
Tovuz şəhər stadionu.

16:00. “Qəbələ” – AZAL (Bakı)
Qəbələ şəhər stadionu.

18:00. “Simurq” (Zaqatala) – “Qarabağ” (Ağdam)
Zaqatala şəhər stadionu.

30 sentyabr (bazar)

16:00. “Sumqayıt” – “Bakı”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

20:00. “Rəvan” (Bakı) – “Kəpəz” (Gəncə)
Bakı, “Bayıl Arena”.
# 735

Oxşar yazılar