“Neftçi” özününküləri cərimələdi
25 sentyabr 2012 17:41 (UTC +04:00)

“Neftçi” özününküləri cərimələdi

Lent.az-ın məlumatına görə, iclasda Topaz Premyer Liqasının VI turu çərçivəsində “Sumqayıt”a 2:3 hesablı məğlubiyyətlə əlaqədar məşqçilər korpusunun fikirləri dinlənilib və hesabat alınıb.

Bundan başqa işinə etinasız yanaşan bəzi futbolçular cəzalandırılıb.

Baş məşqçi Böyükağa Hacıyev klubun rəsmi saytına açıqlamasında məğlubiyyətə belə şərh verib: “Oyunlarımızda olan qrafik sıxlığı özünü göstərir. Qrup mərhələsində “Partizan”la oyun sonrası yorğunluq və bəzi futbolçuların həddindən artıq özünə arxayınlığı, rəqibi qiymətləndirməməsi özünü göstərdi. Futbolçular bir amili yaddan çıxarmamalıdır ki, kimliyindən asılı olmayaraq rəqibə hörmətlə yanaşmalıdırlar. Əks təqdirdə, onlar daha acı məğlubiyyətlərlə üzləşə bilərlər. Bunun da istər məşqçilər korpusuna, istərsə də futbolçulara ağır nəticələri olar. Bu gün əgər Sadıq Sadıqovun klubdakı strategiyasını əsas tutaraq gənclərə əsas diqqət yetirilirsə, futbolçular klub rəhbərliyinin və məşqçilər korpusunun etimadını doğrultmalıdır”.

Hacıyev, həmçinin məğlubiyyətə görə bütün məsuliyyəti öz üzərinə götürüb. O, söz verib ki, oxşar hal bir daha təkrarlanmayacaq.
# 1070

Oxşar yazılar