FİFA “Qızıl top”a iddialıların adlarını oktyabrın 30-da açıqlayacaq
25 sentyabr 2012 15:11 (UTC +04:00)

FİFA “Qızıl top”a iddialıların adlarını oktyabrın 30-da açıqlayacaq

FİFA “Qızıl top”a iddialı 23 futbolçunun adlarını oktyabrın 30-da açıqlayacaq. Lent.az-ın “El Mundo Deportivo”ya istinadən verdiyi məlumata görə, fəxri mükafatın sahibi isə 2013-cü il yanvarın 7-də bəlli olacaq.

Ən yaxşı oyunçu seçimi milli yığma komandaların kapitanları və baş məşqçiləri, eləcə də jurnalistlər arasında sorğu yolu ilə aparılacaq.

Qeyd edək ki, 2010 və 2011-ci illərin ən yaxşı futbolçusu adına İspaniyanın “Barselona” klubunun argentinalı hücumçusu Lionel Messi layiq görülüb.
# 672

Oxşar yazılar