Azərbaycan yığmasının Rusiya toplanışının vaxtı müəyyənləşdi
25 sentyabr 2012 14:35 (UTC +04:00)

Azərbaycan yığmasının Rusiya toplanışının vaxtı müəyyənləşdi

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts növbəti təlim-məşq toplantısının vaxtını açıqlayıb. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, oktyabrın 5-də start götürəcək toplanış yığmamızın Rusiya ilə keçirəcəyi 2014-cü il dünya çempionatının seçmə qrup matçına hazırlıq xarakteri daşıyacaq.

Təlimlər oktyabrın 13-dək davam edəcək. Oyun isə oktyabrın 16-da Moskva şəhərindəki “Lujniki” stadionunda baş tutacaq.
# 600

Oxşar yazılar