“Qəbələ”yə yeni baş məşqçi təyin olundu
25 sentyabr 2012 14:27 (UTC +04:00)

“Qəbələ”yə yeni baş məşqçi təyin olundu

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu posta Ramiz Məmmədov təyin olunub.

Bu il iyulun 10-da “Qəbələ”nin idman direktoru vəzifəsində fəaliyyətə başlayan 44 yaşlı mütəxəssis daha əvvəl 4 mövsüm komandaya rəhbərlik edib. 2006/2007-ci il mövsümünün gedişində baş məşqçi postuna təyin olunan Məmmədov “Qəbələ”ni hamıdan çox - Azərbaycan çempionatının 100, ölkə kubokunun 18 oyununa çıxarıb.

Qeyd edək ki, Ramiz Məmmədov 2009/2010-cu il mövsümü başa çatdıqdan sonra baş məşqçi postundan ayrılmışdı.
# 1416

Oxşar yazılar