Ardadan sevgilisinə və dostlarına jest
25 sentyabr 2012 10:16 (UTC +04:00)

Ardadan sevgilisinə və dostlarına jest

İspaniyanın “Atletiko” komandasının türk əsilli futbolçusu Ardan Turan aktrisa sevgilisi Sinem Kobal və Türkiyədən yanına tez-tez gələn dostlarına jest edib. Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, özünə “Ferrari” markalı avtomobil alan Arda Turan qonaqları Madridə gələn zaman nəqliyyatla bağlı problem yaşamasınlar deyə onlar üçün də 2012-ci il istehsalı olan “Mini Cooper” markalı iki avtomobil satın alıb.

İki nəfərlik “Ferrari” ilə qonaqlarını gəzdirməkdə çətinlik çəkən Arda Turan bununla da sevgilisi və dostlarının nəqliyyat problemini çözmüş olub.
# 1204

Oxşar yazılar