“Qəbələ”nin baş məşqçisi istefaya göndərildi
24 sentyabr 2012 19:57 (UTC +04:00)

“Qəbələ”nin baş məşqçisi istefaya göndərildi

Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi “Rəvan”a 1:3 hesablı ev məğlubiyyətindən sonra türkiyəli Fatih Kavlakı istefaya göndərib.

Onun yerinə namizəd 2 yerli mütəxəssis – Ramiz Məmmədovla Ağasəlim Mircavadovdur. Məmmədov ona görə gətirilə bilər ki, əvvəllər uzun illər komandanın çalışdırıb və indi də idman direktoru kimi klubun daxilindədir. Ancaq Mircavadovun şansı isə daha çox qiymətləndirilir.

Qeyd edək ki, Fatih Kavlak 1 il öncə istefa verən ingiltərəli həmkarı Toni Adamsı əvəzləmişdi.
# 1044

Oxşar yazılar