Dünya çempionatının püşkü atıldı
24 sentyabr 2012 17:46 (UTC +04:00)

Dünya çempionatının püşkü atıldı

Lent.az-ın məlumatına görə, Yaponiyada keçiriləcək mundiala 7 komanda qatılacaq.

Çempionat dekabrın 6-da Yokohama şəhərində Yeni Zelandiyanın “Oklend Siti” komandası və Yaponiya çempionatının qalibi arasında keçiriləcək “pley-off” matçı ilə start götürəcək. Qalib dekabrın 9-da Afrika Çempionlar Liqasının qalibi ilə ¼ final matçında üz-üzə gələcək. Digər ¼ final oyununda isə Asiya Çempionlar Liqasının qalibi Meksika “Monterrey”ini sınağa çəkəcək.

Məğlub komandalar dekabrın 12-də 5-ci yer uğrunda oyuna çıxacaqlar. Qaliblər isə yarımfinalda müvafiq olaraq, Braziliyanın “Korintians” və İngiltərənin “Çelsi” klubları önünə çıxacaqlar. Bu görüşlər isə 12-13 dekabrda keçiriləcək.

Dekabrın 16-da 3-cü yer uğrunda və final matçları olacaq.
# 763

Oxşar yazılar