Belqradda “Neftçi”nin qapıçısına hücum oldu
Avropa Liqasının bir qədər əvvəl başa çatan “Partizan” – “Neftçi” oyunundan sonra insident baş verib.
Lent.az-ın qol.az-a istinadən məlumatına görə, saytın Belqrada ezam olunmuş xüsusi müxbiri bildirib ki,oyunun final fiti səslənən kimi “Partizan”ın bəzi futbolçuları “Neftçi”nin qapıçısı Saşa Stamenkoviçin üzərinə hücum çəkiblər.
Lakin insidentin əlbəyaxa davaya çevrilməsinin qarşısını almaq mümkün olub. “Neftçi” klubunun üzvlərinin də müdaxiləsindən sonra Stamenkoviç meydandan çıxarılıb.
Qeyd edək ki, Stamenkoviçə “Partizan”ın futbolçuları və azarkeşləri nifrətlə yanaşırlar. Buna səbəb onun "Partizan"a düşmən rəqib hesab edilən Serbiyanın başqa bir təmsilçisi “Srvena Zvezda”da bir zamanlar oynamasıdır.
Yeri gəlmişkən, hələ bu görüşdən əvvəl "Partizan"lı azarkeşlər Stamenkoviçi fitə basmışdılar.

Oxşar yazılar

Markus Reşfordun sərt “Barselona” qaydalarına uyğun yeni maşını
27 iyul 2025 , 11:03
"Real" ən bahalı futbolçunu alır - Vinisiusu o əvəzləyəcək
26 iyul 2025 , 17:58
"Barselona" futbolçulara şənlik etməyi qadağan etdi
26 iyul 2025 , 15:09
Azərbaycan klubu bütün futbolçuları ilə vidalaşdı
26 iyul 2025 , 13:16
"Real" Vinisiusu satacaq - SƏBƏB
26 iyul 2025 , 13:01
MLS Messini cəzalandırdı
26 iyul 2025 , 09:41
Gündə yeddi min addım atmaq həyatınızı dəyişə bilər
26 iyul 2025 , 04:31