“Neftçi” Serbiyaya zədəli futbolçu apardı
18 sentyabr 2012 11:38 (UTC +04:00)

“Neftçi” Serbiyaya zədəli futbolçu apardı

“Neftçi” klubu futbol üzrə Avropa Liqasının qrup mərhələsində “Partizan”la ilk oyununu keçirmək üçün Serbiyanın paytaxtı Belqrada yola düşüb. Klubun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, çarter reysi ilə səfərə çıxan heyətdə özbəkistanlı hücumçu Bahodir Nasimov da yer alıb.


Lakin Nasimov meydana çıxmayacaq. Zədəsi tam sağalmayan forvard oyunu tamaşaçı qismində seyr edəcək. Heyətdə başqa itki yoxdur.

Serbiya paytaxtında “Neftçi”nin 2 məşqi olacaq. Bunlardan biri elə sentyabrın 18-də, digəri isə ertəsi gün baş tutacaq.

Qeyd edək ki, sentyabrın 21-ə keçən gecə Bakı vaxtı ilə 00:05-də başlanacaq “Partizan” – “Neftçi” matçını çexiyalı referi Libor Kovarik idarə edəcək.
# 1175

Oxşar yazılar

Antonio Konte “Çelsi”yə  qayıda bilər

Antonio Konte “Çelsi”yə qayıda bilər

3 may 2024 , 13:40
Benzema Madridə  qayıdır

Benzema Madridə qayıdır

3 may 2024 , 11:49
Almaniyada çılpaq futbol  oynadılar

Almaniyada çılpaq futbol oynadılar

3 may 2024 , 10:08
Volkan Demirel istefa ərizəsini rəhbərliyə təqdim edib

Volkan Demirel istefa ərizəsini rəhbərliyə təqdim edib

3 may 2024 , 09:57
Konfrans Liqasında yarımfinal oyunları  keçirildi

Konfrans Liqasında yarımfinal oyunları keçirildi

3 may 2024 , 01:18
Avropa Liqası: "Bayer 04" klubu "Roma"nı məğlub etdi

Avropa Liqası: "Bayer 04" klubu "Roma"nı məğlub etdi

3 may 2024 , 01:06
"Mən aqressiv şahmatçıyam" - Ülviyyə Fətəliyeva

"Mən aqressiv şahmatçıyam" - Ülviyyə Fətəliyeva

2 may 2024 , 22:53
Messi  sərvət xərclədi:   Görün nə aldı

Messi sərvət xərclədi: Görün nə aldı

2 may 2024 , 19:45