”Xəzər Lənkəran”ın futbolçusundan tarixi qol
17 sentyabr 2012 14:32 (UTC +04:00)

”Xəzər Lənkəran”ın futbolçusundan tarixi qol

Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun “Neftçi” ilə səfərdəki oyunu “Xəzər Lənkəran” üçün əlamətdar olub. Lent.az-ın məlumatına görə, “Böyük oyun”lar tarixində ilk dəfə bu qarşılaşma cənub komandasının yubiley qolu ilə yadda qalıb.

Matçda hesabı açan Sadio Tounkara “Xəzər Lənkəran”ın tarixi ərzində vurduğu 500-cü qolun müəllifi olub. Bununla da malili legioner klub tarixinin yubiley qoluna imza atan ilk afrikalı olub.

Bakıda keçirilən bu görüşədək 308 oyuna çıxan “Xəzər Lənkəran” 499 dəfə fərqlənmişdi. Yubiley qolu hələ ötən turun “Simurq”la oyununda da vurula bilərdi. Lakin matç təxirə salındığından yubiley “Böyük oyun”a qalıb.

“Xəzər Lənkəran” 500 qoldan 364-nü çempionatda, 111-ni kubokda, 12-ni avrokuboklarda, 13-nü Birlik Kubokunda vurub.

Klubun tarixi qolları

1 Çöri İlir (Albaniya) - 07.08.2004
50 Oqtay Dərəlioğlu (Türkiyə) - 12.04.2005
100 Xaqani Məmmədov - 12.02.2006
150 Vüqar Nadirov - 20.11.2006
200 Zaur Ramazanov - 18.08.2007
250 Zaur Ramazanov - 27.01.2008
300 Klaudiu Radukanu (Rumıniya) - 30.10.2008 23
350 Mario Souza (Braziliya) -04.11.2009
400 Uinston Parks (Kosta-Rika) - 23.10.2010
450 Adrian Pit (Rumıniya) - 17.09.2011
500 Saduo Tounkara (Mali) - 15.09.2012
# 1420

Oxşar yazılar

Benzema Madridə  qayıdır

Benzema Madridə qayıdır

3 may 2024 , 11:49
Almaniyada çılpaq futbol  oynadılar

Almaniyada çılpaq futbol oynadılar

3 may 2024 , 10:08
Volkan Demirel istefa ərizəsini rəhbərliyə təqdim edib

Volkan Demirel istefa ərizəsini rəhbərliyə təqdim edib

3 may 2024 , 09:57
Konfrans Liqasında yarımfinal oyunları  keçirildi

Konfrans Liqasında yarımfinal oyunları keçirildi

3 may 2024 , 01:18
Avropa Liqası: "Bayer 04" klubu "Roma"nı məğlub etdi

Avropa Liqası: "Bayer 04" klubu "Roma"nı məğlub etdi

3 may 2024 , 01:06
"Mən aqressiv şahmatçıyam" - Ülviyyə Fətəliyeva

"Mən aqressiv şahmatçıyam" - Ülviyyə Fətəliyeva

2 may 2024 , 22:53
Messi  sərvət xərclədi:   Görün nə aldı

Messi sərvət xərclədi: Görün nə aldı

2 may 2024 , 19:45
Tuxel Çempionlar Liqasını qazansa belə,  “Bavariya”dan gedəcək

Tuxel Çempionlar Liqasını qazansa belə, “Bavariya”dan gedəcək

2 may 2024 , 18:39