Azərbaycan Premyer Liqası: “Bakı” lider ola bilmədi
15 sentyabr 2012 10:24 (UTC +04:00)

Azərbaycan Premyer Liqası: “Bakı” lider ola bilmədi

“Bakı” klubunun təlim-məşq bazasında keçirilmiş matçı FİFA referisi Vüsal Əliyev idarə edib. Oyun isə heç-heçə nəticələnib – 1:1. Hesabı 39-cu dəqiqədə “Bakı”nın sierra-leoneli legioneri İbrahim Karqbo açıb. İlk yarı meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Fasilədən sonra isə “Turan” bərabərlik qolunu vurub. Ender Günlünün 48-ci dəqiqədə endirdiyi zərbə dəqiq olub.

Bu nəticədən sonra “Bakı” liderliyə yüksələ bilməyib. Hazırda paytaxtın eyniadlı təmsilçisi 4 oyundan 6 xalla 4-cü pillədə qərarlaşıb. “Turan” isə 5 matçdan 4 xalla 9-cu pilləyə qalxıb.

Bojidar Bandoviç (“Bakı” klubunun baş məşqçisi): “İkinci qələbəmizi qazana bilərdik. Komandam yaxşı mübarizə apardı. Rəqibimiz müdafiədə oynamağa üstünlük verirdi və qol buraxmamağa çalışırdı. İkinci hissədə çox tez qol buraxdıq. Qol vurmaq üçün bir neçə şansımız olsa da, istifadə edə bilmədik. Futbolçularıma heç bir iradım yoxdu. Bu futboldur - bəzən elə olur ki, yaxşı oynayan komanda da qalib gələ bilmir. Tam müdafiədə oynayan komandaya qarşı mübarizə aparmaq çətindir. Qarşıdakı turlara daha yaxşı hazırlaşmağa çalışacağıq”.


Əsgər Abdullayev (“Turan” klubunun baş məşqçisi): “Rəqib güclü komanda idi. Ona görə də əks hücumda oynayırdıq. “Bakı” isə 3 xal üçün oynayırdı. Biz də buna görə rəqibi əks hücumda yaxalamaq istəyirdik. Komandamda müəyyən çatışmazlıqlar var. Futbolçularıma əzmkarlıq göstərdiklərinə görə təşəkkür edirəm. İlk hissədə daha təcrübəli Hafiz Əliyevi meydançaya buraxdım ki, topu daha çox saxlaya bilək”.

Turun qalan oyunları həftəsonu keçiriləcək:

15 sentyabr (şənbə)

17:00. “Kəpəz” (Gəncə) - “Qəbələ”
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, İnqilab Məmmədov
Gəncə şəhər stadionu.

17:00. “Neftçi” (Bakı) – “Xəzər Lənkəran”
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, İlham Əliyev, Fuad Həsənov
Bakı, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.

18:00. “İnter” (Bakı) – “Sumqayıt”
Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, Coşqun Həsənov, Fərid Məmmədov
Bakı, “Şəfa” stadionu.

19:00. “Rəvan” (Bakı) – “Simurq” (Zaqatala)
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Ramiz Əsədov, Rəhim Həsənov
Bakı, “Bayıl Arena”.

16 sentyabr (bazar)

18:30. AZAL (Bakı) – “Qarabağ” (Ağdam)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov
“AZAL Arena”.
# 1527

Oxşar yazılar

Benzema Madridə  qayıdır

Benzema Madridə qayıdır

3 may 2024 , 11:49
Almaniyada çılpaq futbol  oynadılar

Almaniyada çılpaq futbol oynadılar

3 may 2024 , 10:08
Volkan Demirel istefa ərizəsini rəhbərliyə təqdim edib

Volkan Demirel istefa ərizəsini rəhbərliyə təqdim edib

3 may 2024 , 09:57
Konfrans Liqasında yarımfinal oyunları  keçirildi

Konfrans Liqasında yarımfinal oyunları keçirildi

3 may 2024 , 01:18
Avropa Liqası: "Bayer 04" klubu "Roma"nı məğlub etdi

Avropa Liqası: "Bayer 04" klubu "Roma"nı məğlub etdi

3 may 2024 , 01:06
"Mən aqressiv şahmatçıyam" - Ülviyyə Fətəliyeva

"Mən aqressiv şahmatçıyam" - Ülviyyə Fətəliyeva

2 may 2024 , 22:53
Messi  sərvət xərclədi:   Görün nə aldı

Messi sərvət xərclədi: Görün nə aldı

2 may 2024 , 19:45
Tuxel Çempionlar Liqasını qazansa belə,  “Bavariya”dan gedəcək

Tuxel Çempionlar Liqasını qazansa belə, “Bavariya”dan gedəcək

2 may 2024 , 18:39