Koronavirusdan ölən rusiyalı jurnalist Anastasiya Petrovanın 36 yaşı var idi.
Lent.az Rusiya KİV-nə istinadla bildirir ki, evdə çalışan jurnalist son nəfəsinədək yaşam mücadiləsini itirməyərək xəstəliyinə dair əlamətləri günbəgün sosial media hesabından yayımlayıb.
Temperaturu yüksələn Anastasiya xəstəxanaya müraciət edəndə həkim əvvəlcə gənc qadında başqa bir xəstəliyin olduğunu düşünüb və yalnış diaqnoz qoyur. Bir gün nəzarət altında qalan gənc jurnalist koronavirus testinin neqativ çıxmasının ardından evinə göndərilib.
Anastasiyanın həyat hekayəti isə belə idi.
Rusiyanın Perm şəhərində yaşayan və bir jurnalda baş redaktor olan 36 yaşlı Anastasiya Petrovanın ilk olaraq martın 23-də temperaturu yüksəlib.
Gənc qadın bundan, sadəcə 8 gün sonra həyatını itirib və Rusiyanın ən gənc koronavirus qurbanı olub.
Subay qadının ölümcül koronavirusa sürətli şəkildə yoluxması xəstəliyin nə qədər sürətli ölümlə nəticələnə biləcəyini bir daha təsdiqləyib.
Hazırda dünyanın dörd bir yanında olduğu kimi evində çalışan Anastasiya 12 yaşındakı qızı və 10 yaşındakı oğlu ilə birlikdə yaşayırdı.
Anastasiya keçən həftə bazar ertəsi günü etdiyi paylaşımda əhval-ruhiyyəli bir görkəmdə olub: “Bu gün tətilimin ilk günüdür”, ifadələrindən istifadə edən qadın, “Haradasa tətil kimi – ruh yüksəkliyi ilə online konfrans üçün çalışdım”, yazaraq evdən çalışdığı üçün nə qədər xoşbəxt olduğuna diqqət çəkib.
Ancaq təəssüf ki, Anastasiyanın temperaturu axşam saatlarında yüksəlib. Ertəsi gün isə boğaz ağrısı və ciddi öskürəkdən şikayəti olub. Həkimini aradığını və son iki həftə içində münasibətdə olduğu adamların siyahısını verdiyini söyləyən Anastasiya hər 20 dəqiqədən bir temperaturunu ölçüb.
Martın 27-də təkrar testdən keçən Anastasiyanın nəticələri neqativ çıxıb. Ancaq eyni gündə edilən ikinci testin pozitiv çıxmasının ardından gənc qadının durumu ağırlaşıb. Saatlar sonra həyatını itirib. Anastasiyanın 58 yaşlı anasının və uşaqlarının da test nəticələri neqativ çıxdığı bildirilir.