Aprelin 9-da şahzadə Çarlz və onun həyat yoldaşı Kamilla Parker-Boulz evliliklərinin ildönümünü qeyd edirlər.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, 15 il əvvəl bu gün kraliça II Yelizavetanın oğlu 30 illik gizli romanından sonra sevgilisi münasibətini qanuniləşdirib.
Gələcək ərlə arvad 1970-cı ildə bir sosial tədbirdə tanış olublar. Kamilla şahzadə ilə tanış olanda il sualı bu olub: “Siz bilirsiniz ki, mənim ulu nənəmlə sizin ulu babanız arasında sevgi romanı olub? Bəlkə biz də buna cəhd edək?”
Şahzadə gənc gözələ vurulub. Ancaq kraliça II Yelizaveta ona oğlu üçün uyğun namizəd hesab etmirdi. Hətta onun bir zadəgan ailəsindən çıxması Əlahəzrətin qərarına təsir etmir. Kraliça bir dəfə deyib ki, onun ayaqları saraya dəyməyəcək.
Nəticədə hər ikisi ayrılıqda qanuni nikaha girib, ancaq gizli görüşüblər. Bu haqda tez-tez şahzadə Dianaya danışırdı ki, şahzadə Çarlz ona sadiq deyil. 1995-ci ildə evləndikdən sonra ilk dəfə ledi Di BBC-yə müsahibəsində şahzadə ilə nikahdan xoşbəxt olmadığını söyləyib. Bu rezonans doğuran açıqlamadan sonra şahzadə Çarlz boşanıb və anasından bir xeyir-dua alıb.
Onun Kamilla ilə romanı 30 ilə yaxın davam edib və yalnız 2005-ci ildə kraliça rəsmi nikaha razılıq verib. Aprelin 9-da sevgililər Vindzor bələdiyyəsində nikah bağlayıblar, lakin möhtəşəm qeyd təşkil etməyiblər.
Nikahdan sonra Kamilla Parker-Boulz əri kimi Uelsin hersoqovinası titulunu alıb. Ancaq keçmiş ərinin soyadında qalıb.
Kral ailəsi artıq təbriklərini elan ediblər.