Yolun kənarındakı iki maşına çırpıldı,  3 nəfəri vurdu -VİDEO -YENİLƏNİB
21 mart 2024 16:12 (UTC +04:00)

Yolun kənarındakı iki maşına çırpıldı, 3 nəfəri vurdu-VİDEO-YENİLƏNİB

Xəbərə video əlavə edilib. 

***

saat 16.00

Bərdədə 4 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Lək kəndində qeydə alınıb.

“09-BT-866” dövlət qeydiyyat nişanlı “VAZ-21011” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək yol kənarında dayanmış 2 minik avtomobilini və 3 nəfəri vurub. Hadisə nəticəsində avtomobildə olan sərnişinlə bərabər 4 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Bərdədə qəza

# 3084
avatar

Oxşar yazılar