Yeniyetmə qız erkən evlilik və fiziki zorakılığın QURBANI OLDU  - YENİLƏNİB
28 fevral 2024 18:19 (UTC +04:00)

Yeniyetmə qız erkən evlilik və fiziki zorakılığın QURBANI OLDU - YENİLƏNİB

15 yaşlı qız cinsi və fiziki zorakılığa məruz qalıb.

"Azərbaycan Uşaqları" İctimai Birliyinin mətbuat katibi Rüfət Zəkizadə Lent.az-a bildirib ki, azyaşlı bu gün yaşadığı evdən qaçaraq  “Azərbaycan Uşaqları” Ictimai Birliyinin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə gəlib.

Əməkdaşlarımız tərəfindən dərhal hadisə ilə bağlı 102 qaynar xətti və ərazi üzrə polis idarəsinə, Sosial Xidmətlər Agentliyinə məlumat verilərək uşağın təhlükəsizliyinin təmin edilməsi, hüquqlarının qorunması məqəsədi ilə azyaşlı müvəqqəti olaraq “Azərbaycan Uşaqları” Ictimai Birliyinin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilib.

İlkin qiymətləndirmə zamanı uşağın üzündə, göz və boyun nahiyəsində göyərmə izləri, fiziki zorakılıq əlamətləri müşahidə olunub. Azyaşlının dediklərinə əsasən, cinsi zorakılıq Qax rayonu, fiziki zorakılıq hadisəsi isə Bakının Suraxanı rayonu ərazisində baş verib.

Hal-hazırda uşaq ilkin tibbi müayinələrdən keçirilir.

***

16:39

Azərbaycanda daha bir yeniyetmə qız erkən nikahın və fiziki zorakılığın qurbanı olub. 

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb. 

Onun sözlərinə görə, 15 yaşlı qız yetkinlik yaşına çatmadan məcburi evləndirilib. O, həmçinin fiziki zorakılığa məruz qalıb. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə məlumat verilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4347
avatar

Fidan İlqar

Oxşar yazılar