Yataqxanada yanğın - Zəhərlənən var
04 dekabr 2022 09:00 (UTC +04:00)

Yataqxanada yanğın - Zəhərlənən var

Yevlax şəhərində üçmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 36 m² olan mənzilin 1 otağında ev əşyaları 20 m² sahədə yanıb.

Lent.az-ın  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

# 1755
avatar

Oxşar yazılar