Yaşlı milyarderə zorlama İTTİHAMI
10 iyun 2024 11:39 (UTC +04:00)

Yaşlı milyarderə zorlama İTTİHAMI

Kanadada 91 yaşlı milyarder və avtomobil hissələri şirkəti “Magna International”ın qurucusu Frenk Stronah bir neçə cinsi cinayətdə ittiham olunub. 

Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə məlumat Kanadanın Pil bələdiyyəsinin polisinin saytında dərc olunub.

Həmin şəxsə qarşı zorlama, cinsi təcavüz və zorla azadlıqdan məhrum etmə də daxil olmaqla beş cinayət maddəsi ilə ittiham irəli sürülüb. O, iyunun 7-də həbs edilib.

Polis konsteblisi Tayler Bellin sözlərinə görə, işdə bir neçə qurban var, lakin onların dəqiq sayını hələlik müəyyən etmək mümkün deyil. Stronahın cinayətlərini 1980-2023-cü illər arasında törətdiyi iddia edilir.

“Bloomberg” xəbər verir ki, milyarder özü ona qarşı irəli sürülən bütün ittihamları rədd edir. Son xəbərləri şərh edən “Magna”dan bildirilib ki, təsisçinin nəzarət paketindən imtina etdiyi üçün 2010-cu ildən bəri şirkətlə heç bir əlaqəsi yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1260
avatar

Oxşar yazılar