Yaşlı kişiləri   maşın vurub öldürdü
01 sentyabr 2022 10:59 (UTC +04:00)

Yaşlı kişiləri maşın vurub öldürdü

Ağdaşda və Gəncədə ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, Ağdaşın Ləki kəndində 26 yaşlı Hüseynov Ruslan İslam oğlu idarə etdiyi "Mercedes-Benz Vito" markalı avtomobillə yolu keçmək istəyən piyada 60 yaşlı Həşimov Əmralı Xurşud oğlunu vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.

Həmçinin Gəncə şəhər 28 May küçəsində isə 25 yaşlı Allahverdiyev Şəmil Şöhrət oğlu idarə etdiyi "BMW320D" markalı avtomobillə piyada 75 yaşlı Yusubov Həmzə İsa oğlunu vurub. Yaralı yerləşdiyi Gəncə şəhər Beynəlxalq Xəstəxanasında dünyasını dəyişib.

Hər iki faktla bağlı aidiyyatı üzrə araşdırma aparılır.

# 1986
avatar

Mehman Nəbiyev

Oxşar yazılar