Yararsız ət satanlar  SAXLANILDI  -FOTO
02 avqust 2022 14:56 (UTC +04:00)

Yararsız ət satanlar SAXLANILDI -FOTO

Ağcabədi rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində yararsız mal ətinin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər müəyyən olunub.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Ağcabədi RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlərlə Qabil Budaqovun idarə etdiyi avtomobil saxlanılıb. Avtomobilə baxış keçirilən zaman onun sərnişini Əbülfət Nəbiyevə məxsus yararsız mal əti aşkar edilərək götürülüb.

Aşkarlanmış yararsız ətin müayinəsi üçün aidiyyəti üzrə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları şöbəyə dəvət olunub. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

# 2211
avatar

Aytəkin Cəlali

Oxşar yazılar