"Yaponçik"
12 mart 2021 13:47 (UTC +04:00)

"Yaponçik"

"Yaponçik"in qatilləri məhkəmə qarşısında - ADLAR

Rusiya Baş Prokurorluğu kriminal avtoritet Vyaçeslav İvankovun (“Yaponçik”) qətlində günahkar bilinənlərin işini məhkəməyə göndərib. Lent.az-ın Rusiya KİV-ə istindən məlumatına görə, qətldə iştirak edən Kaxa Qazzayev, Murtaz Şadaniya və Cambul Canaşiya, habelə Astamur Butba və Nuqzar Papavanın cinayət əməli tam sübut olunub.

 

Məhkəmənin yaxın günlərdə başlayacağı deyilir.

Xatırladaq ki, Vyaçeslav İvankov 2009-cu il iyulun 28-də  Moskvada güllələnib. Avtoritetə Xoroşevski şossesi, 25 ünvanında yerləşən “Tayskiy slon” restoranından çıxan zaman atəş açılmışdı. Avtomobildə gizlənən killer təxminən 70 metrdən snayper tüfəngi ilə onun qarnından vurmuşdu. Bir neçə mürəkkəb cərrahiyyə əməliyyatına baxmayaraq, kriminal avtoriteti xilas etmək mümkün olmamışdı. O, uzun müddət Moskvadakı xəstəxanalardan birində müalicə edilsə də, oktyabrın 9-da səhər tezdən dünyasını dəyişmişdi.

Adətən xaricdə yaşayan “Yaponçik” sui-qəsddən bir neçə gün öncə Moskvaya iki qruplaşma arasındakı münaqişəni həll etmək üçün gəlibmiş.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4452

Oxşar yazılar

Yeni doğulmuş körpəsini küçəyə atdı

Yeni doğulmuş körpəsini küçəyə atdı

22 aprel 2025 , 14:14
Bu rayonda bir gündə iki meyit  TAPILDI

Bu rayonda bir gündə iki meyit TAPILDI

22 aprel 2025 , 14:00
Mina qurbanları Vardanyanın məhkəməsinə əsa ilə gəldilər

Mina qurbanları Vardanyanın məhkəməsinə əsa ilə gəldilər

22 aprel 2025 , 13:53
Sumqayıtda parkda  meyit tapıldı

Sumqayıtda parkda meyit tapıldı

22 aprel 2025 , 13:39
Məktəbli qızları şantaj edən  əcnəbiyə ağır cəza verildi

Məktəbli qızları şantaj edən əcnəbiyə ağır cəza verildi

22 aprel 2025 , 13:32
Yol qəzası törədən polis saxlanıldı

Yol qəzası törədən polis saxlanıldı

22 aprel 2025 , 13:18
Kişini döyüb binadan atdılar

Kişini döyüb binadan atdılar

22 aprel 2025 , 12:38
Bərdədə kişi kanalda batdı

Bərdədə kişi kanalda batdı

22 aprel 2025 , 11:51