Xızıda un dəyirmanında FACİƏ: 2 nəfər öldü
14 avqust 2023 11:46 (UTC +04:00)

Xızıda un dəyirmanında FACİƏ: 2 nəfər öldü

Avqustun 13-də Xızı rayonunda yerləşən un dəyirmanı müəssisəsində 2 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xızı rayon prokurorluğundan Lent.az-a  verilən məlumata görə, ilkin araşdırma zamanı həmin müəssisədə iş görərkən 1974-cü il təvəllüdlü Cavid Qocayev və 1981-ci il təvəllüdlü Müşfiq Muqbilovun texniki quyularda yaranmış qazdan zəhərlənmə nəticəsində ölməsi, 1985-ci il təvəllüdlü Xəyal Rəsulovun isə zəhərlənməsi müəyyən edilib.

Faktla bağlı Xızı rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2947

Oxşar yazılar