Xırdalanda gənc oğlan yol qəzasında öldü
25 sentyabr 2022 22:49 (UTC +04:00)

Xırdalanda gənc oğlan yol qəzasında öldü

Abşeronda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, “Opel” markalı avtomobil 2005-ci il təvəllüdlü Qasımlı Elcan Şənlik oğlunu vurub.

17 yaşlı gənc aldığı xəsarətlərdən dünyasını dəyişib.

Meyit müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

# 2766
avatar

Oxşar yazılar