Zaqatala sakini təndirə düşdü
25 sentyabr 2013 19:04 (UTC +04:00)

Zaqatala sakini təndirə düşdü

 Zaqatala rayon sakini təndirdə yanıb.


 

Zaqatala rayon Polis ŞöbəsindənAPA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun Muxax kəndində qeydə alınıb. Zaqatala rayonu Muxax kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədəminova Pirdovus Şaban qızı yaşadığı evin həyətindəki təndirə çörək yapan zaman ehtiyatsızlıqdan təndirə düşüb. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan Pirdovus Məmmədəminova Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Zaqatala  MRX-dan verilən məlumata görə,  Pirdovus Məmmədəminova təndirə düşməsi nəticəsində yuxarı və aşağı  ətrafların 2-ci və 3-cü dərəcəli texniki yanıq xəsarəti alıb. Hazırda onun vəziyyəti orta-ağır hesab olunur. Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1369

Oxşar yazılar