Yasamaldakı insidentin təfərrüatları məlum olub
12 iyul 2013 12:09 (UTC +04:00)

Yasamaldakı insidentin təfərrüatları məlum olub

Bakıda ötən gün baş verən insident zamanı yaralananlardan birinin adı açıqlanıb.

 

Yasamal Rayon Polis İdarəsindənAPA-ya verilən məlumata görə, yaralıları hadisə yerindən qaçıran avtomobilin sürücüsü, 1986-cı il təvəllüdlü Ağasif Kərim oğlu Baxışov saxlanıldıqdan və hadisə şahidlərinin ifadəsi alındıqdan sonra bəzi təfərrüatlar məlum olub.

 

Araşdırmalar zamanı müəyyən edilib ki, Yevlax rayon sakini, 1981-ci il təvəllüdlü Aqil Adil oğlu Əsgərov hadisə zamanı bıçaq xəsarəti alıb. Yaralının yerləşdirildiyi xəstəxananın adı açıqlanmır.

 

Polisdən həmçinin bildirilib ki, onlara ilkin olaraq “Ağ Çiçəyim” şadlıq evinin qarşısında silahlı insidentin olması barədə məlumat daxil olub. Belə ki, hadisə baş verən ərazidə olan şəxslər silah səslərinin eşidilməsi barədə polisə məlumat veriblər. Dərhal hadisə yerinə Yasamal Rayon Prokurorluğunun əməkdaşları çıxıb. Əraziyə baxış keçirilərkən oradan silahlı insidentə dair hər hansı dəlil və sübut tapılmayıb.

 

Araşdırmalar zamanı həmçinin məlum olub ki, insidentə bir qrup sərxoş şəxs arasında düşən mübahisə səbəb olub. Hazırda insident iştirakçılarının şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. 

 

Qeyd edək ki, hadisə ötən gün saat 18.30 radələrində Yasamal rayonu Şərifzadə küçəsində, “Ağ Çiçəyim” şadlıq evinin yaxınlığında qeydə alınıb. Ərazidə atəş səslərinin eşidilməsi barədə polisə məlumat daxil olub. Dərhal əraziyə polis və prokurorluq əməkdaşları çıxıb. Ərazidə olan şəxslərin ifadəsi alınıb.

 

Həmin ifadələr əsasında məlum olub ki, həmin ərazidə silah səsləri eşidiləndən sonra iki nəfər yaralı naməlum avtomobilə əyləşərək qaçıb.

 

Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından isə APA-ya bildirilib ki, “Ağ Çiçəyim” şadlıq evinin qarşısına çağırış olub: “Çağırış yerinə gedən həkim briqadası iki yaralını görüb. Lakin onlar çağırışdan imtina edərək başqa avtomobilə minərək ərazidən uzaqlaşdılar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1604
avatar

Oxşar yazılar

Gəncə sakini 3 nəfəri benzinlə yandırdı

Gəncə sakini 3 nəfəri benzinlə yandırdı

29 iyun 2024 , 11:17
Astarada DƏHŞƏT:  Yeniyetmə qızın asılmış meyiti   tapıldı

Astarada DƏHŞƏT: Yeniyetmə qızın asılmış meyiti tapıldı

29 iyun 2024 , 11:01
İranda yaşayan narkotacirə kuryerlik edən  tutuldu

İranda yaşayan narkotacirə kuryerlik edən tutuldu

29 iyun 2024 , 10:45
Sabirabadda iki qardaş  saxlanıldı

Sabirabadda iki qardaş saxlanıldı

29 iyun 2024 , 09:51
Şəmkirdə 31 yaşlı kişi BIÇAQLANDI

Şəmkirdə 31 yaşlı kişi BIÇAQLANDI

29 iyun 2024 , 08:18
Pirsaat anbarında suyun səviyyəsi kritik həddə  çatdı

Pirsaat anbarında suyun səviyyəsi kritik həddə çatdı

28 iyun 2024 , 21:21
BELƏSİ OLMAMIŞDI:  Qoz ağacından məftillə özünü asdı

BELƏSİ OLMAMIŞDI: Qoz ağacından məftillə özünü asdı

28 iyun 2024 , 19:48
Rusiyada polis bu azərbaycanlın ı axtarır

Rusiyada polis bu azərbaycanlını axtarır

28 iyun 2024 , 19:13