Xətaidə pakistanlı qaçqın qarət edilib
03 aprel 2014 12:36 (UTC +04:00)

Xətaidə pakistanlı qaçqın qarət edilib

Bakıda Pakistan vətəndaşı qarət edilib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aprelin 2-də Xətai rayonu M.Hadi küçəsində naməlum şəxs BMT xətti ilə qaçqın statusunda Bakı şəhərində müvəqqəti yaşayan Pakistan vətəndaşı Syed Reyhan Əli Syed Əlini bıçaqla hədələyərək 80 manatını alıb.

 

Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Taleh Hacıyev tutulub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 468

Oxşar yazılar