Xaçmazda kütləvi dava: bir nəfər ölüb, 2 nəfər yaralanıb
24 iyul 2014 01:56 (UTC +04:00)

Xaçmazda kütləvi dava: bir nəfər ölüb, 2 nəfər yaralanıb

İyulun 23-də, axşam saatlarında Xaçmaz şəhərində kütləvi dava baş verib.


 

APA-nın şimal bürosunun məlumatına görə, nəticədə 1 nəfər bıçaqlanaraq öldürülüb, 2 nəfər yaralanıb.

 

Hadisənin mübahisə zəminində baş verdiyi bildirilir. İnsident zamanı Xaçmaz şəhər sakini, 1990-cı il təvəllüdlü Əhmədov Elşən Elçin oğlu aldığı yaralardan dünyasını dəyişib.

 

Digər bıçaqlanan şəxslər, 1992-ci il təvəllüdlü İsayev Emil Zakir oğlu və 1975-ci il təvəllüdlü Cəbrayılov Eyvaz Eynulla oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılaraq əməliyyat olunublar, vəziyyətləri orta ağır kimi qiymətləndirilir.

 

Hadisəni törədən şəxslər olay yerindən qaçıblar. Hazırda cinayətkarların tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3795

Oxşar yazılar