Uşaq kibritlə 2 otaqlı mənzili yandırıb
25 sentyabr 2013 00:35 (UTC +04:00)

Uşaq kibritlə 2 otaqlı mənzili yandırıb

Xətai  rayonu, Yusif Səfərov ev  8, mənzil 12 ünvanında yanğın baş verib. APA-TV-nin məlumatına görə, Serqeyeva Qalina İvan qızına məxsus 2 otaqlı mənzilin 50 kvadratmetri yanıb.Ev sahibi dərhal Fövqəlada Hallar Nazirliyinə (FHN) və Xətai Rayon Polis İdarəsinə məlumat verib. Hadisə yerinə gələn yanğınsöndürənlər qısa zamanda yanğının digər evlərə keçməsinin qarşısı alıb.

 

FHN-nin Yanğından Mühafizə İdarəsinin Xətai Rayon Hissəsindən APA TV-yə verilən məlumata görə, birinci çağırışla hadisə yerinə çatan yanğınsöndürənlər tez bir zamanda artan alovun qarşısını almağa müvəffəq olublar.

 

Xətai Rayon Polis İdarəsinin hadisə yerində olan əməkdaşlarının verdiyi məlumata görə, yanğına səbəb azyaşlı uşağın kibritlə oynaması olub. Faktla bağlı araşdırma aparılır.

# 737
avatar

Oxşar yazılar