Uşaq ərik çərəzi yeyərək dünyasını dəyişib
21 iyun 2014 22:49 (UTC +04:00)

Uşaq ərik çərəzi yeyərək dünyasını dəyişib

Ucarda 5 yaşlı uşaq ərik çərəzi yeyərək dünyasını dəyişib.


 

Ucar Mərkəzi Rayon Xəstəxanasından APA – nın yerli bürosuna verilən məlumata görə, hadisə iyunun 20-də axşam saatlarında rayonun Bağman kəndində baş verib.

 

 

Kənd sakini nəvəsi 5 yaşlı Abdullayev Əşrəf Emin oğlunu ağır vəziyyətdə  xəstəxanaya gətirib. Xəstəyə ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, Ə. Abdullayev dünyasını dəyişib.

 

Mərhumun babasının dediyinə görə, o ərik çərəzini sındırıb yedikdən sonra vəziyyəti pisləşib.

 

Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1764

Oxşar yazılar