Tverlilər azərbaycanlılara qarşı etiraz aksiyası keçirib
04 may 2013 05:49 (UTC +04:00)

Tverlilər azərbaycanlılara qarşı etiraz aksiyası keçirib

 

Rusiyanın Tver şəhərinin sakinləri aprelin 28-də əyləncə mərkəzlərindən birinin yaxınlığında azərbaycanlılarla baş vermiş kütləvi dava ilə bağlı aparılan istintaqa etiraz əlaməti olaraq mitinq keçiriblər.  Bu barədə APA "Komsomolskaya pravda"ya istinadən məlumat verir.

 

Şəhərin Sovet meydanına 500-dək insan toplaşıb. Onlar azərbaycanlıların "xuliqanlıq" maddəsi ilə saxlanılmasından narazıdırlar. Sakinlərin fikrincə, azərbaycanlılar "adam öldürməyə cəhd" maddəsi ilə ittiham olunmalıdırlar.

 

Mitinq razılaşdırılmış olmasa da, polis aksiyanı dağıtmayıb.

 

Mitinqin yekunlarına əsasən Rusiya prezidenti Vladimir Putinə müraciət imzalanıb. Müraciətdə prezidentdən məsələyə müdaxilə etməsi xahiş olunur.

 

Aprelin 28-də gecə saatlarında Tverin «Morozov Xoll» əyləncə kompleksinin yaxınlığında ruslar və azərbaycanlılar arasında kütləvi dava olub. Hər iki tərəfdən iştirakçıların yaşı 20-30 arası olub. Azərbaycanlılar 4 azərbaycanlının 10 rusa qarşı dalaşdığını iddia edirlər. Ruslar azərbaycanlıların 50 nəfərədək olduğunu bildirirlər.

 

Ruslardan ikisi deşici-kəsici yara alıblar. Daşa iki rus odlu silahdan yaralanıb. Onların həyatları üçün təhlükə yoxdur.

# 1258
avatar

Oxşar yazılar