Türkiyədə fahişəliklə məşğul olan Azərbaycan əsilli qadın yaxalanıb
09 iyul 2013 10:46 (UTC +04:00)

Türkiyədə fahişəliklə məşğul olan Azərbaycan əsilli qadın yaxalanıb

Türkiyədə fahişəliklə məşğul olan Azərbaycan əsilli qadın yaxalanıb.

 

Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, polis Şanlıurfa şəhərində Bahçelievlər məhəlləsində bir evdən fahişəxana kimi istifadə edildiyi barədə məlumat alıb.

 

Prokurorluğun qərarı ilə dünən gecə saatlarında həmin evdə əməliyyat keçirilib. Azərbaycan əsilli Samaya A. evdə 3 kişi ilə fahişəliklə bağlı bazarlıq aparan zaman yaxalanıb. Samaya A. tibbi müayinədən keçirildikdən sonra ölkədən çıxarılmaq üçün Xaricilər Şöbəsinə gətirilib. Samaya A. ilə birgə yaxalanan 3 Türkiyə vətəndaşı isə ifadələri alındıqdan sonra sərbəst buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1521
avatar

Oxşar yazılar