Tofiq Yaqublunun ailəsinin düşdüyü qəza ilə bağlı RƏSMİ MƏLUMAT
22 yanvar 2014 12:24 (UTC +04:00)

Tofiq Yaqublunun ailəsinin düşdüyü qəza ilə bağlı RƏSMİ MƏLUMAT

0

Daxili İşlər Nazirliyi Tofiq Yaqublunun ailə üzvlərinin düşdüyü ağır qəza ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, yanvarın 21-də saat 20 radələrində İsmayıllı rayonu Xanagah kəndinin ərazisində Bakı şəhər sakini Əli Soltan oğlu Çingiz idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə  Ə.Çingiz və sərnişinləri - Bakı şəhər sakinləri Xaliq Bağırov, Maya Yaqublu, Nərgiz Yaqublu xəstəxanaya yerləşdiriliblər.

BDYPİ tərəfindən araşdırma aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 992

Oxşar yazılar