
Təhsil İdarəsi səyyar qəbul keçirdi
Müəllim və valideynlər qəbul edilib
Mayın 31-də paytaxtda müəllim və valideynlərin səyyar qəbulu keçirilib. Bu barədə Lent.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorundan bildirilib.
Məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması,vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.
Bakıdakı 221 nömrəli tam orta məktəbdə Suraxanı və Xətai rayonları üzrə keçirilmiş qəbula gələn vətəndaşlar məktəblərin təmiri, maddi-texniki təminatı, I sinfə qəbul, birnövbəli sistemə keçid və digər müvafiq məsələlərlə bağlımüraciət ediblər.
Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.
Oxşar yazılar

İnsanda ət milçəyi sürfələri ilə ilk yoluxma halı aşkar edildi
25 avqust 2025 , 03:51
İdmançı Bosfor boğazını keçərkən yoxa çıxdı
25 avqust 2025 , 01:33
Ucarda ağır qəza - Minik avtomobili "KamAZ"a çırpıldı
25 avqust 2025 , 00:48
Gəncədə 29 yaşlı oğlanı bıçaqladılar
25 avqust 2025 , 00:13
“Sədərək” ticarət mərkəzindəki yanğın davam edir - YENİLƏNİB -VİDEO
24 avqust 2025 , 23:15
72 yaşlı kişi dənizdə boğulub öldü
24 avqust 2025 , 21:41
İsmayıllıda dağlıq ərazidə yanğın olub
24 avqust 2025 , 20:58