Təcridxanada ölmüş şəxslə bağlı araşdırma aparıldı
31 mart 2014 18:21 (UTC +04:00)

Təcridxanada ölmüş şəxslə bağlı araşdırma aparıldı

Ombudsman Aparatının əməkdaşları Bakı İstintaq Təcridxanasında ölmüş təqsirləndirilən şəxslə bağlı araşdırma aparıblar.


 

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilib ki, bu günlərdə mətbuatda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında (BİT) saxlanılan Ağayev Rasim Əbdül oğlunun ölməsi və bunun işgəncə nəticəsində baş verməsi ehtimalı barədə məlumat yayılıb. Müvəkkilin bu məsələ ilə bağlı tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları (həkim də daxil olmaqla) BİT-də araşdırma aparıblar. Məlum olub ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində 16 yanvar 2014-cü il tarixdə Səbail Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş Ağayev Rasim Əbdül oğlu 17 yanvar 2014-cü il tarixdə BİT-ə gətirilmiş və həmin gün təlimata uyğun olaraq ilkin tibbi müayinədən keçirilib. Müəssisə həkimləri tərəfindən onun bədəninə keçirirmiş baxış zamanı xəsarət aşkar edilməyib.

 

Araşdırma zamanı istintaq təcridxanasının rəisi, saxlanıldığı korpusun nəzarətçiləri, tibb-sanitar hissəsinin rəisi və onunla bir kamerada saxlanılan təqsirləndirilən şəxslərlə söhbət aparılmış, sənədləri nəzərdən keçirilib.

 

Məlum olub ki, martın 25-də təxminən saat 16:45 radələrində həbs olunmuş R.Ağayevin səhhəti saxlanıldığı kamerada qəflətən pisləşmiş və xidmətdə olan nəzarətçi tərəfindən həkimə müraciət olunub. Həkim dərhal R.Ağayevi kamerasında müayinə edib, bu zaman xəstənin huşu özündə olmayıb, tənəffüsü səthi və uzun fasiləli olub, arterial qan təzyiqinin kəskin enməsi, nəbzinin sapvarı olması müşahidə edildiyindən ona ilkin tibbi yardım göstərilib, o dərhal tibb-sanitar hissəsinə gətirilib. Tibb-sanitar hissəsindən alınmış arayışa görə, R.Ağayev dərin aqoniya vəziyyətində olub, göstərilən tibbi yardıma baxmayaraq, o, qısa müddətdən sonra, həmin gün saat 16:50 radələrində ölüb.

 

Onunla bir kamerada saxlanılan şəxslərlə söhbət zamanı onlar R.Ağayevin səhhətində problemlərin olduğunu, bir neçə dəfə həkim müayinəsindən keçdiyini və ambulator müalicə aldığını bildiriblər. Ölümün baş verdiyi gün həmin kamerada bir yerdə olduqlarını, R.Ağayevin səhhətinin pisləşdiyi üçün dərhal nəzarətçiyə məlumat verdiklərini, qısa müddətdə həkimin gəldiyini və ona yardım göstərdiyini söyləyiblər.

 

Bu şəxslərin hər biri ilə söhbət zamanı, onlar istintaq təcridxanasının əməkdaşları tərəfindən R.Ağayevə və onlara qarşı hər hansı zorakılığa yol verilmədiyini, həmin gün R.Ağayevin kameradan çıxarılmadığını bildiriblər.

 

Həmçinin məlum olub ki, məsələ ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1160

Oxşar yazılar

Bakıda bu yollar bağlanır - SƏBƏB

Bakıda bu yollar bağlanır - SƏBƏB

27 iyul 2025 , 13:42
Qaxda toydan sonra FACİƏ:  gənc oğlan öldü, kəlləsini sındırıblar

Qaxda toydan sonra FACİƏ: gənc oğlan öldü, kəlləsini sındırıblar

27 iyul 2025 , 13:40
Tovuzda qardaşının baltaladığı qadın öldü

Tovuzda qardaşının baltaladığı qadın öldü

27 iyul 2025 , 12:47
Şəkidə AĞIR QƏZA:  yaralılar var -FOTOLENT  -VİDEO

Şəkidə AĞIR QƏZA: yaralılar var -FOTOLENT -VİDEO

27 iyul 2025 , 12:37
Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

27 iyul 2025 , 11:14
Bakıda “Ford” markalı maşın yandı

Bakıda “Ford” markalı maşın yandı

27 iyul 2025 , 11:04
Xəzərdə zəlzələ   oldu

Xəzərdə zəlzələ oldu

27 iyul 2025 , 06:20
Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

27 iyul 2025 , 00:29