Taxta bazarındakı yanğında xəsarət alanların adları məlum oldu
06 aprel 2014 18:45 (UTC +04:00)

Taxta bazarındakı yanğında xəsarət alanların adları məlum oldu

Bakıda taxta bazarında baş verən güclü yanğın zamanı zərərçəkənlərin adları məlum olub. Kliniki Tibbi Mərkəzdən APA-ya verilən məlumta görə, bu gün xəstəxananın Toksikologiya şöbəsinə, yanğın baş verən bazarda işləyən 1984-cü il təvəllüdlü Şamo Dacıyev və 1991-ci il təvəllüdlü Elçin Heydərov, Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasedicləri - 1991-ci il təvəllüdlü Xaliq Həsənov, 1973-cü il təvəllüdlü Rəşad Heydərov və 1990-cı il təvəllüdlü Kamran Əliyev yerləşdiriliblər.

Xəstəxanaya yerləşdirilən FHN-nin xilasedicilərinə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Digər iki şəxsin isə müalicələri xəstəxana şəraitində davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1340

Oxşar yazılar