APA TV-nin Vesti.az saytına istinadən yaydığı məlumata görə, məhkəmə çoxsaylı sanitar qaydaları pozuntuları aşkarlanan bazanın fəaliyyətinin 5 həftə müddətinə dayandırılması barədə qərar qəbul edib. Ötən həftə şəhər sakinlərinin şikayəti əsasında bazada yoxlama keçirilib və sanitar-epidemiya normalarının kobud şəkildə pozulması faktları aşkarlanıb. Bundan başqa bazaya Qazaxıstandan sənədsiz meyvə-tərəvəz gətirən yük maşınları saxlanıb və yük müsadirə olunub. Bazanın bütün giriş qapılarını möhürləyən məhkəmə pristavları bildiriblər ki, əgər “Askaniya” fəaliyyətini özbaşına olaraq bərpa etsə, o zaman bazanın sahiblərinə qarşı cinayət işi başlanacaq.
Bazadakı vəziyyətlə yaxından tanış olan şəxslər “Surqitskaya tribuna” qəzetinə açıqlamada bildiriblər ki, məhkəmə qərarına rəğmən “Askaniya” fəaliyyətini davam etdirəcək, çünki bazanın sahibi olan azərbaycanlıların müəyyən dairələrlə yaxşı əlaqələri var. Onlar bazaya iki azərbaycanlının rəhbərlik etdiyini, onların isə ciddi bir kriminal struktur tərəfindən himayə olunduğunu deyiblər.

Surqutda azərbaycanlılara məxsus məşhur topdansatış bazası bağlandı - VİDEO
Oxşar yazılar

Çimərliklərdə asayişin qorunması ilə bağlı tədbirlər davam edir -FOTOLENT -VİDEO
27 iyul 2025 , 17:05
Bakıda bu yollar bağlanır - SƏBƏB
27 iyul 2025 , 13:42
Qaxda toydan sonra FACİƏ: gənc oğlan öldü, kəlləsini sındırıblar
27 iyul 2025 , 13:40
Tovuzda qardaşının baltaladığı qadın öldü
27 iyul 2025 , 12:47
Şəkidə AĞIR QƏZA: yaralılar var -FOTOLENT -VİDEO
27 iyul 2025 , 12:37Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO
27 iyul 2025 , 11:14
Bakıda “Ford” markalı maşın yandı
27 iyul 2025 , 11:04