Sumqayıtdan Bakıya gələn avtobus yandı
25 noyabr 2013 11:08 (UTC +04:00)

Sumqayıtdan Bakıya gələn avtobus yandı

Azərbaycanda sərnişin avtobusu yanıb.


 

Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Masazır dairəsində qeydə alınıb.

 

Yanğın  1 saylı xətt üzrə Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən 10-TB-660 dövlət nömrə nişanlı “İSUZİ” markalı avtobusda qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin  əməkdaşları avtobusda olan sərnişinləri evakuasiya edərək yanğının qarşısını alıblar.

 

Hadisə nəticəsində xəsarət alan olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1561

Oxşar yazılar