Şirvanda yol qəzası: piyadanı vurub öldürən sürücü qaçdı - YENİLƏNİB
13 noyabr 2013 11:10 (UTC +04:00)

Şirvanda yol qəzası: piyadanı vurub öldürən sürücü qaçdı - YENİLƏNİB

Şirvanda ölümlə nəticələnən yol qəzası baş verib.


 

Şirvan şəhər Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, Şirvan sakini Zərbəliyev Zaur Zakir oğlu idarə etdiyi “KİA” markalı avtomobilin  idarəetməsini itirərək yol kənarındakı dayanacağa çırpıb.

 

Zərbənin təsirindən dayanacaq bütövlükdə yerindən qoparaq  kənara düşüb.   Həmin vaxt dayanacaqda avtobus gözləyən 50 yaşlı Salyan rayonu Yolüstü kənd sakini Dadaşova Fəridə Xudamədət qızı ağır bədən xəsarətləri alıb.

 

Yaralı bir müddət hadisə yerində qalıb. Sonradan əraziyə gələn Təcili tibbi yardım əməkdaşları qadını xəstəxanaya aparsalar da, həkimlər onu xilas edə bilməyiblər.

 

Hadisənin baş verməsinə səbəb olan sürücü hadisə  yerindən qaçıb. Lakin Z.Zərbəliyev sonradan Şirvan polisi tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1973

Oxşar yazılar