Şəmkirdə  hərbçi yoldaşını güllələyib - YENİLƏNİB
09 noyabr 2013 11:04 (UTC +04:00)

Şəmkirdə hərbçi yoldaşını güllələyib - YENİLƏNİB

 Azərbaycan Ordusunda silahlı insident olub. APA-nın məlumatına görə, hadisə Şəmkir Hərbi Birləşməsinin Gədəbəydə yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

 

Hərbi hissənin müddətdən artıq xidmət edən hərbi qulluqçusu Vüsal Cəfərov tabeliyindəki avtomat silahla hərbçi yoldaşı, müddətdən artıq xidmət edən Məhəmmədəli Abbasovu güllələyib. Nəticədə ürək nahiyəsindən güllə yarası alan hərbçi ağır vəziyyətdə hospitala yerləşdirilib.

 

İlkin məlumata görə, hadisəyə hərbçilər arasında yaranmış mübahisə səbəb olub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən hadisəyə münasibət öyrənmək mümkün olmayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2527

Oxşar yazılar