Şəkidəki yol qəzasında ana-oğul və daha bir nəfər ölüb - YENİLƏNİB
02 dekabr 2013 10:06 (UTC +04:00)

Şəkidəki yol qəzasında ana-oğul və daha bir nəfər ölüb - YENİLƏNİB

Şəki rayonunda baş verən ağır yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub.

 

Qax rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Şəki-Qax yolunun Şəki və Qax rayonlarının həmsərhəd ərazisində baş verən ağır yol qəzasında ölənlər - “VAZ 2106” markalı avtomobilin sürücüsü, Qax rayonu Qum kənd sakini, 1958-ci il təvəllüdlü  Balıyev Cümşüd İsrail oğlu, onun sərnişinləri - Qax rayonu Ləkit kənd sakini, 1965-ci il təvəllüdlü Muradova Sevinc Sadəddin qızı və Sevincin övladı 1999-cu il təvəllüdlü Hacıyev Əhməd Vidadi oğludur.

 

Yol qəzasında ağır xəsarət alan şəxs isə Qax rayonu Süskənd kənd sakini, 1963-cü il təvəllüdlü Şərifova Sevda İbrahim qızıdır. Onun vəziyyətinin ağır olduğu bildirilir.

 

Hadisə iki rayonun inzibati ərazisinin birləşməsində baş verdiyindən qəzanın araşdırılması Şəki ŞRPŞ-dən alınaraq Qax RPŞ-ə həvalə edilib.

 

 

21:18

 

Şəki rayonunda baş verən yol qəzasında üç nəfər ölüb, daha bir nəfər isə ağır xəsarət alıb.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün axşam saatlarında Şəki-Qax yolunda “VAZ- 2106” markalı, 90  BM  316 nişan dövlət nömrəli minik avtomobili ilə “Ford” markalı 99 BN 396 nişan dövlət nömrəli yük maşını toqquşub.

 

Qəza nəticəsində iki nəfər hadisə yerində ölüb, iki nəfər isə yaralı vəziyyətdə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb. Ölənlərin şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

 

Qax MRX-dan APA-ya verilən məlumata görə, Qax rayonu Qum kənd sakini, 1958-ci il təvəllüdlü Balıyev Cümşüd İsrail oğlu ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırlıb. Onun həyatını xilas etmək mümkün omayıb.

 

Hələlik şəxsiyyəti məlum olmayan yaralı qadının da vəziyyəti ağır olaraq qalır.

 

Faktla bağlı Şəki Şəhər Polis Şöbəsində araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2612

Oxşar yazılar

Bakıda bu yollar bağlanır - SƏBƏB

Bakıda bu yollar bağlanır - SƏBƏB

27 iyul 2025 , 13:42
Qaxda toydan sonra FACİƏ:  gənc oğlan öldü, kəlləsini sındırıblar

Qaxda toydan sonra FACİƏ: gənc oğlan öldü, kəlləsini sındırıblar

27 iyul 2025 , 13:40
Tovuzda qardaşının baltaladığı qadın öldü

Tovuzda qardaşının baltaladığı qadın öldü

27 iyul 2025 , 12:47
Şəkidə AĞIR QƏZA:  yaralılar var -FOTOLENT  -VİDEO

Şəkidə AĞIR QƏZA: yaralılar var -FOTOLENT -VİDEO

27 iyul 2025 , 12:37
Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

27 iyul 2025 , 11:14
Bakıda “Ford” markalı maşın yandı

Bakıda “Ford” markalı maşın yandı

27 iyul 2025 , 11:04
Xəzərdə zəlzələ   oldu

Xəzərdə zəlzələ oldu

27 iyul 2025 , 06:20
Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

27 iyul 2025 , 00:29