Şəkidə iki uşaq atası intihar edib
16 aprel 2016 11:16 (UTC +04:00)

Şəkidə iki uşaq atası intihar edib

Şəkidə iki uşaq atası intihar edib. Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə aprelin 15-də axşam saat 18.00 radələrində Şəki şəhəri, İsmayıl Osmanlı küçəsi, ev 10 ünvanında qeydə alınıb.

 

1983-cü il təvəllüdlü Ramin Fehruz oğlu İsmayılovun meyiti yaşadığı evin çardağından asılı vəziyyətdə həyat yoldaşı tərəfindən aşkar edilib. Hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə orqanları əməkdaşlarının apardıqları araşdırma zamanı iki uşaq atası olan R. İsmayılovun intihar etdiyi məlum olub. R. İsmayılovun hansı səbəbdən özünə qəsd etdiyi məlum olmasa da, ilkin araşdırma zamanı onun başqasına borcu olduğu aydınlaşıb. 

 

Faktla bağlı Şəki rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 208

Oxşar yazılar

Bakıda restoranda kütləvi dava -VİDEO

Bakıda restoranda kütləvi dava -VİDEO

23 iyun 2025 , 06:12
Qubada AĞIR QƏZA : ölən və yaralananlar var

Qubada AĞIR QƏZA: ölən və yaralananlar var

22 iyun 2025 , 21:18
Yük maşını çobanı vurdu, qoyunları tələf etdi

Yük maşını çobanı vurdu, qoyunları tələf etdi

22 iyun 2025 , 19:35
Lənkəranda yük və minik avtomobilləri toqquşdu

Lənkəranda yük və minik avtomobilləri toqquşdu

22 iyun 2025 , 15:32
Daşkəsəndə 60 yaşlı kişi yaylaqda döyüldü

Daşkəsəndə 60 yaşlı kişi yaylaqda döyüldü

22 iyun 2025 , 14:25
Ramanada sursat aşkarlandı-VİDEO

Ramanada sursat aşkarlandı-VİDEO

22 iyun 2025 , 11:45
Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

22 iyun 2025 , 10:49
Bakıda yataqxanada yanğın oldu

Bakıda yataqxanada yanğın oldu

22 iyun 2025 , 10:08