Şəkidə beynəlxalq milli şirniyyat festivalı keçiriləcək
13 iyun 2014 11:09 (UTC +04:00)

Şəkidə beynəlxalq milli şirniyyat festivalı keçiriləcək

İyulun 20-də Şəkidə beynəlxalq milli şirniyyat festivalı keçiriləcək. Azərbaycan Milli Kulinariya Mərkəzindən Lent.az-a verilən məlumata görə, tədbirdə 15 ölkədən kulinarlar iştirak edəcəklər.

 

 

Festivalda Azərbaycanın bölgələri də öz şirin xörəklərini (firni, xəşil, şirin plov, südlü sıyıq və s.), unlu qənnadı məmulatlarını (paxlava, fəsəli, qatlama, zilviyyə, umac halvası), milli şəkərli şirniyyatlarını (noğul, qoz halvası, səməni halvası və s.) sərgiləyəcəklər.
 

Şirniyyat məhsulları festivala əvvəlcədən hazırlanmış şəkildə gətiriləcək. Sərgidə iştirakçılar üçün ayrılmış xüsusi yerlərə bölgələrə məxsus məişət əşyaları, xalça, həsir və s. döşənəcək, hər xalqın təmsilçisi özlərinə məxsus milli paltarda olacaq. Bununla da sərgidə ölkələrin və regionların əhval-ruhiyyəsi yaranacaq.

 

 

Qeyd edək ki, festival Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 838

Oxşar yazılar