
Salyandan Bakıya gəldi, sürücü döyüb pulunu aldı
Daxili İşlər Nazirliyinin “102” zəng-mərkəzinə müraciət edən Salyan rayon sakini F.Adışirinov oktyabrın 6-da saat 22 radələrində rayon ərazisində sərnişin qismində “Mercedes” markalı avtomobilə minərək Bakı şəhərinə gəldiyini, Yasamal rayonu ərazisində isə sürücünün onu döyərək 497 manatını aldığını bildirib.
Lent.az-a nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, DİN-in Təhlükəsiz Şəhər Xidməti, Əlahiddə Çevik Polis Alayı, Bakı şəhər Baş Polis İdarəsi və Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən, qeyd edilən nəqliyyat vasitəsinin sürücüsü, Cəlilabad rayon sakini S.Piriyev qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Yasamal rayon Polis İdarəsində araşdırma aparılır.
Oxşar yazılar

Şüvəlanda dənizdə bir nəfər batdı
17 iyul 2025 , 20:55
Ucarda mikroavtobusla “TIR” toqquşdu
17 iyul 2025 , 20:48
Ağdaşda ağaclıqdan kişi meyiti tapıldı
17 iyul 2025 , 19:33
Xəzərdə 2 yeniyetmə xilas olundu - VİDEO
17 iyul 2025 , 18:40
Laçında yanğın SÖNDÜRÜLDÜ: saxlanılanlar var - YENİLƏNİB
17 iyul 2025 , 18:23
5 yaşlı Xocalı qurbanının məzarı açıldı
17 iyul 2025 , 17:40
İş adamı öz restoranında zəhərləndi
17 iyul 2025 , 17:05