Sərxoş kişi yaşadığı evi yandırdı
09 sentyabr 2014 15:18 (UTC +04:00)

Sərxoş kişi yaşadığı evi yandırdı

0

Şabranda əvvəllər məhkum olunmuş şəxs yaşadığı evi yandırıb. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, sentyabrın 7-də gecə saat 02.00 radələrində Məhəmməd Seydiyev sərxoş halda yaşadığı Şabran şəhəri Əzizbəyov küçəsindəki evini qəsdən yandırıb və xəsarət alıb. Yanğın nəticəsində evdəki məişət əşyaları yanıb.

 

Şabran Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən evə baxış zamanı 12,46 qram marixuana aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 631

Oxşar yazılar