Traktorla "OKA" toqquşub: sərnişin ölüb, sürücü yaralanıb - YENİLƏNİB
27 may 2014 10:17 (UTC +04:00)

Traktorla "OKA" toqquşub: sərnişin ölüb, sürücü yaralanıb - YENİLƏNİB

0
Gecə saatlarında (təxminən 00.30 radələrində) Sabirabad rayonunun Qaragüney kəndi ərazisində, Hacıqabul-Bəhrəmtəpə yolunun 13-cü kilometrliyində ölümlə nəticələnən ağır avtoqəza baş verib.

 

APA-nın Mil-Muğan bürosuna BDYPİ-ndən verilən məlumata görə, Sabirabad rayonunun Qaragüney kənd sakini 1992-ci il təvəllüdlü Cəfərov Şıxəli Cavanşir oğlunun idarə etdiyi dövlət nömrə nişanı olmayan qoşqulu traktorla OKA markalı 10 XN 598 dövlət nömrə nişanlı avtomobil toqquşub.

 

Nəticədə OKA markalı avtomobildə olan sərnişin qəza yerində ölüb, avtomobilin sürücüsü isə ağır kəllə-beyin travması ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə,  traktorun sürücüsü isə müxtəlif bədən xəsarətləri ilə travmatologiya şöbəsinə yerləşdirilib.  Hadisə yerində olan müstəntiq gecə saatlarında Şırvan morquna yerləşdirilən ölən sərnişinin və koma vəziyyətində olan OKA markalı avtomobilin sürücüsünün şəxsiyyətini müəyyən edə bilməyib.

 

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 886

Oxşar yazılar